ETAİİ-NİN 23 SAYLI TAM ORTA MƏKTƏBLƏ ƏMƏKDAŞLIĞI DAVAM EDİR

105
0
Share:

MAKA Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu paytaxtın Nəsimi rayonundakı Milli qəhrəman Tahir Həsənov adına 23 saylı tam orta məktəb ilə sabahın vətənpərvər mütəxəssislərini “Təhsil-elm-istehsalat” çərçivəsində birgə hazırlamaq üçün əməkdaşlığa başlayıblar. 

Bu günlərdə institutum direktoru, professor Elçin İsgəndərzadə və şöbə rəisi, əməkdar elm xadimi, professor Rafiq Hüseynov məktəbi ziyarət etmiş, şagird və müəllim heyəti ilə geniş tərkibdə görüş keçirmişlər. 

Görüş zamanı birgə fəaliyyətin istiqamətləri və mövzuları, işçi qruplar və onların rəhbərləri, eləcə də digər texniki məsələlər müzakirə olunmuşdur. 

Məktəbin direktoru Nigar Hənifəyeva məktəbə göstərdikləri diqqətə görə MAKA rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını bildirmişlər. 



Share: