MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ MÜDAFİƏ SƏNAYESİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KEÇİRİLMİŞDİR

408
0
Share:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 17 dekabr “Müdafiə Sənayesi İşçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

15 dekabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində peşə bayramına həsr edilmiş tədbir keçirilmişdir. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. 

Müdafiə Sənayesi naziri cənab Vüqar Mustafayevin Peşə bayramı münasibətilə müdafiə sənayesi işçilərinə ünvanladığı təbrik məktubu oxundu və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbirdə çıxış edərək, bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik etdi. Öz çıxışında bildirdi ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müstəqillik dövründə həyata keçirtdiyi mühüm tədbirlərdən biri də, ölkəmizin müdafiəsini təmin edən ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asıllığın azaldılması məqsədilə müdafiə sənaye kompleksinin yaradılması olub. Ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsində bu gün müdafiə sənayesi çox böyük uğurlarla inkişaf edir. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artır, Milli Ordunun ən müasir silah və sursatların təchiz edilməsi üçün zəruri addımlar atılır. Müdafiə sənayesində əldə edilmiş uğurlar 44 günlük Vətən müharibəsi dövründə özünün təsdiqini bir daha tapmışdır. 

Tədbirin sonunda MAKA-da çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edildi.

 

Share: