29 noyabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tədris və elm sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, aktual mövzular üzrə tədqiqatların aparılması ilə bağlı birgə Memorandum imzalanmışlar. Bu məqsədlə, keçirilən görüşdə hər iki qurumun əməkdaşları arasında əlaqələrin genişləndirilməsi, müxtəlif istiqamətli elmi və tədris işlərin təşkil olunmasına, gənc mütəxəsisslərin peşəkar-təcrübi vərdişlərin artırılmasına və digər məsələlər də müzakirə edilmişdir.