ALMANİYADA AKADEMİK TOFİQ İSMAYILOVUN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KİTAB NƏŞR OLUNUB

280
0
Share:

Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin həmmüəllifi olduğu “Метрологическое обеспечеие топографических и профильных измерений неровной поверхности” adlı monoqrafiya (I cild) Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin 29 iyun 2023-cü il tarixli (protokol №6) qərarı ilə nəşr olunub. Kitabın digər həmmüəllifləri texnika elmləri doktoru, professor V.Q.Lısenko (Moskva),  texnika elmləri doktoru, dosent E.S.Məmmədov (ETAİİ), böyük elmi işçi, doktorant Ş.V.Əhmədli Davudovadır (ETAİİ).

Kitab görkəmli Azərbaycan alimi və dövlət xadimi, müstəqil Azərbaycanın ilk Dövlət katibi, Milli Aerokosmik Agentliyin qurucusu, şəhid akademik Tofiq Kazım oğlu İsmayılovun 90 illik yubileyinə həsr olunub. 

Kitabın elmi redaktoru SSRİ Dövlət Mükafatı Laureatı, Rusiyanın əməkdar metroloqu, texnika elmləri doktoru, professor D.A.Kozlov, rəyçiləri isə Rusiyanın əməkdar metroloqu, texnika elmləri doktoru, professor L.K.İsayev və texnika elmləri doktoru, professor H.H.Əsədovdur.

Share: