Yeni Azərbaycan Partiyasının silsilə görüşlərindən biri Milli Aerokosmik Agentliyində baş tutmuşdur. Milli Aerokosmik Agentliyinin YAP üzvləri ilə görüşünə Binəqədi Rayonu Yeni Azərbaycan Partiyasının sədri Vusar İsmayılov və Binəqədi rayonu VI çağırış deputatı Kəmaləddin Qafarov da gəlmişlər. Görüşdə baş direktor professor Natiq Cavadov qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Vusar İsmayılov və Kəmaləddin Qafarov Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin müstəsna rolu və 30 illik “Zəfər” qələbəmiz haqqında çıxış etdilər. Tədbirin sonunda baş direktor Natiq Cavadov Vusar İsmayilov, Kəmaləddin Qafarov və tədbir iştirakçılarını Milli Aerokosmik Agentliyinin muzeyi ilə tanış etdi.