Müdafİə Sənayesİ Nazirlİyİnİn Mİlli Aerokosmİk Agentliyİndə “8 Noyabr Zəfər Günüdür” adlı tədbİr keçİrİlmİşdİr

381
0
Share:

07.11.2023 cü il tarixində Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində “8 Noyabr Zəfər Günüdür” adlı tədbir keçirildi.  MAKA-nın inzibati ərazisində yerləşən I və II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksi ziyarət edildi. Rəsmi hissədə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra dövlət himni səsləndirildi. Ali baş komandan, prezident İlham Əliyevin Xankəndindəki çıxışına həsr olunmuş qısametrajlı film nümayiş olundu. Sonra MAKA-nın baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov çıxış edərək, tədbirdə iştirak edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovu, tədbir iştirakçılarını, qazi və veteran əməkdaşlarını salamladı, onları böyük Zəfər Bayramı münasibəti ilə təbrik etdi. MAKA-nın baş direktoru, professor Natiq Cavadov qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsinin taleyini başda Ali baş komandan İlham Əliyev olmaqla döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və cəsur komandirlərin olduğunu və əməliyyat çərçivəsində Azərbaycan ordusunun Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızın qəhrəmancasına işğaldan azad etməsini və böyük zəfərə imza atmasını vurğuladı. Milli Məclisin deputatı Elman Nəsirov çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış zəfəri bizə bəxş edən başda şəhidlərimiz, qazilərimizə, rəşadətli Azərbaycan ordusuna, bütün bunları birləşdirən Ali baş komandan, prezident İlham Əliyevə öz adından və Azərbaycan xalqı adından öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Tədbirin sonunda qazi və veteran əməkdaşlar agentliyin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu.

Share: