31 oktyabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutununu direktoru texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndarzadənin rəhbərliyi ilə növbəti elmi seminar keçirilmişdir.
“Süni intellekt sistemləri” şöbəsinin rəisi, həmçinin “Neft quyularının rəqəmsal teledinomometrik sistemlərinin xətalarının aradan qaldırılması üsullarının işlənilməsi” mövzusu üzrə rəhbər tex.ü.f.d., dosent Əli Əmirov seminarda çıxış edərək, ştanqlı dərinlik nasoslarının iş prosesinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən rəqəmsal teledinamometrik sistemlər, onlardan əldə olunmuş və nasosun iş prosesini xarakterizə edən müxtəlif nasazlıqlara uyğun dinamoqramlar haqqında məlumat vermişdir. Daha sonra şöbənin əməkdaşları mövzu haqqında daha ətraflı məlumatı seminar iştirakçılarının nəzərinə çatdırdılar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.