Vətən müharİbəsİ şəhİdİ Nurlan Zeynalovun övladı Nurayın doğum günü münasİbətİlə tədbİr keçİrİlmİşdİr

246
0
Share:

Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun övladı Nurayın doğum günü münasibətilə MAKA Həmkarlar Təşkilatı və Mauqli Uşaq Bağçasının birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbir avqustun 30-da Metropark əyləncə mərkəzində keçirilmişdir. Tədbirdə Milli Aerokosmik Agentliyi Həmkarlar Komitəsinin üzvləri, Vətən müharibəsi iştirakçıları və “Mauqli” uşaq bağçasının müəllim heyəti ilə birgə gələn balaca dostlar iştirak etdi.
Tədbirdə Vətən müharibəsi şəhidi anılmış, onların ailələrinin dövlət və xalq tərəfindən daim diqqət mərkəzində olduğu bir daha vurğulanmışdır.
Nuray balamıza gül dəstəsi, tort və qol saatı hədiyyə edilmişdir.

Share: