KÖNÜLLÜ GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

429
0
Share:

Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Könüllü gənclər” düşərgəsində növbəti görüş həyata keçirilmişdir.

Görüşdə könüllülər Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini texnika elmləri doktoru Fuad Məmmədovun məruzəsini dinləmiş və ətraflı fikir mübadiləsi aparmışlar. Fuad Məmmədov tədbirdə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Müdafiə Sənayesi sahəsində gənclərin rolu” mövzusu ətrafında çıxış edərək, iştirakçıların suallarını cavablandırmışdır. Daha sonra, Fuad Məmmədov gənc könüllülərin elmə, təhsilə, texnika və texnologiya sahələrinə olan motivasiyasını gücləndirmək məqsədilə onlara öz tövsiyələrini vermişdir.
Qeyd edək ki, tədbir 25-30 avqust tarixində Şəki şəhərində keçirilmişdir.

Share: