Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən təsis edilmiş “Xüsusi Texnika və Texnologiyalar” jurnalı Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 07.04.2023-cü il tarixli qərarı ilə məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması üçün tövsiyə edilmişdir. Bu münasibətlə, baş redaktor, texnika elmləri doktoru, professor Natiq Cavadovun adından jurnalın redaksiya heyətini təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik. Qeyd edək ki, “Xüsusi Texnika və Texnologiyalar” jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrinə 11.11.2021-ci il, №4363 nömrəsi ilə daxil edilmişdir və MAKA-nın 24.06.2022-ci il tarixli, 19 saylı əmri ilə jurnalın nəşrinə icazə verilmişdir. Jurnal ildə 2 dəfə çap olunur.
Dövlət sirri təşkil edən məlumatları özündə əks etdirən dissertasiya işlərinin müəlliflərini “Xüsusi Texnika və Texnologiyalar” jurnalında məqalələrini dərc etməyə dəvət edirik. “Xüsusi Texnika və Texnologiyalar” jurnalı haqqında ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz.