Azərbaycan Respublikasında 2023 – cü ilin “Heydər Əliyev” ilə elan edilməsi ilə bağlı 18 aprel 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində və tabe təşkilatlarında – Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda növbəti tədbir keçirildi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirin sonunda MAKA-nın baş direktoru, professor Natiq Cavadov Ulu öndərin nəsillərə örnək həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş söz açdı.