MAKA Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyətinə, həmçinin tələbələrinə “Azərbaycanın ekoloji problemləri və onların həlli yolları” mövzusunda seminar keçib.
Seminarda məruzəçi, professor Bəhram Əliyev qlobal iqlim dəyişmələrinin, səhralaşma və ərzaq təhlükəsizliyi problemlərinin Azərbaycandakı təzahür formalarından, yaratdığı fəsadlardan məlumat verib və onların həlli yollarını göstərib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.