11 aprel 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin əməkdaşları üçün Azərbaycan Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə infotur təşkil olunmuşdur. İnfoturda MAKA-nın elmi-tədqiqat işlərində fəallıq göstərən mütəxəssisləri iştirak etmişlər. Görüşdə “Azərspace – 1”, “Azərspace – 2” və “Azərsky” peyklərinin idarə edilməsi prosesi, eləcə də, İdarəetmə Mərkəzinin fəaliyyəti və gələcək planları haqqında təqdimat nümayiş olunmuşdur. Sonda isə mütəxəssislərin ölkəmizin peyk layihələri, telekommunikasiya və yerin məsafədən müşahidəsi ilə bağlı bir çox sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.