HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR DAVAM EDİR

393
0
Share:

15.03.2023-ci il tarixdə Milli Aerokosmik Agentliyinin aparatında və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilmişdir. Tədbirdə agentliyin struktur bölmələrinin rəhbərləri, həmçinin tabe təşkilatların direktorları və digər məsul əməkdaşları iştirak edirdi.            

Tədbirdə Azərbaycan dövlətinin banisi və qurucusu görkəmli şəxsiyyət Heydər Əliyevin həyat yolundan və Vətən qarşısında olan xidmətlərindən danışıldı. Daha sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayış olundu. 

Share: