14 mart 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin 2023-cü il Peşə Hazırlığı Planına uyğun olaraq Elmi-tədqiqat işlərinin kordinasiyası və yaradılma şöbəsinin Müdafiə təyinatlı məmulatların yaradılması bölməsinin rəisi Ədalət Çobanovun rəhbərliyi ilə “Müdafiə təyinatlı məmulatlar üzrə təcrübi-konstruktor işlərinin aparılması qaydası” mövzusunda tabe təşkilatlarının əməkdaşları ilə məşğələ keçirilmişdir. Məşğələ iştirakçılarına Müdafiə təyinatlı məmulatlar üzrə təcrübi-konstruktor işlərinin aparılması qaydaları haqqında Müdafiə Sənayesi Nazirliyinin müvafiq təlimatın tələbləri çatdırılmışdır. Maraq doğuran suallar ətrafında müzakirələr aparılmış və növbəti məşğələyə tapşırıqlar verilmişdir.