13.03.2023-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA), baş direktor, professor Natiq Cavadovun təşəbbüsü ilə Xalq yazıçısı, akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənlə akt zalında görüş keçirilmişdir. Görüş fəxri qonaqların müəllifləri olduqları yeni işiq üzü görmüş “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimatına həsr olunmuşdur.Müəlliflər Lütfi Zadənin məntiq nəzəriyyəsindən bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis nəzəriyyəsində söylənilən dörd sütün – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemic (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinin öz dil məkanında bol-bol yer verildiyini və həmçinin bu qədim dastanın dərinliyində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşdığını öz çıxışlarında vurğuladılar. Sonra isə Xalq şairi Ramiz Rövşən öz şeirləri ilə görüşü daha da yadda qalan etdi. Sonda isə MAKA-nın baş direktoru, professor Natiq Cavadov qonaqlara Milli Aerokosmik Agentliyi adından Təşəkkürnamə tədqim edərək, kollektiv adından öz minnətdarlığını bildirdi.