KOSMİK CİHAZQAYIRMA TƏCRÜBİ ZAVODUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

511
0
Share:

 

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı kimi Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodunda tədbir keçirilmişdir. Tədbiri Kosmik Cihazqayırma Təcrübi zavodunun direktoru Ənvər Həsənov açaraq, Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş nitq ilə çıxış etmişdir. Ulu öndərin dövlət quruculuğunun təmin edilməsi, ölkənin suverenliyini və müstəqilliyini qorunması istiqamətində həyata keçirdiyi fədakar əməyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Ümummilli liderin Azərbaycanın bölünmək təhlükəsi olduğu  və ümummiyətlə bir müstəqil ölkə kimi mövcudluğuna böyük suallar yaranan  gərgin geosiyasi dövrdə xalqın iradəsi ilə yenidən hakimiyyətə gəlməsi və xalqı və dövləti dərin sosial, iqtisadi, siyasi böhrandan çıxarması diqqətə çatdırılmışdır. Daha sonra Heydər Əliyevin həyat və yaradıcıllığına həsr olunmuş bir neçə sənədli film nümayiş olunmuşdur.

Share: