MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ TƏDBİR KEÇİRİLMİŞDİR

775
0
Share:

2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Milli Aerokosmik Agentliyində yubiley tədbirlərinə start verilib. Bu münasibətlə 24.02.2023-cü il tarixində MAKA-nın tabe təşkilatlarında-Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin həyatından və Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün yürütdüyü siyasətdən bəhs edən videoçarx nümayış edildi. Daha sonra isə təşkilat rəhbərləri çıxış edərək, Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında xilaskar obrazı kimi yaşadığını və hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədi məhəbbət qazandığını qeyd etdilər.

Share: