Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Binəqədi Gənclər Evinin dəstəyi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) gənc əməkdaşları üçün Respublika Velotrekinə infotur keçirilib.
24 gəncin qatıldığı tur zamanı iştirakçılar yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar.
Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman gəncləri idman qurğusu ilə yaxından tanış edib, onlara velosiped idman növü, təhlükəsizlik qaydaları, AVF-nin fəaliyyəti və velosiped məktəbləri haqda məlumatlar veriblər.
Sonda infotur iştirakçıları mütəxəssislərin nəzarətində velosiped sürüblər.
Qeyd edək ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.