15 fevral görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Azərbaycan Kosmik Məsələlər üzrə Şuranın sədri, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi, akademik Arif Paşayevin doğum günüdür. Bu münasibətlə, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin rəhbərliyi və çoxsaylı kollektivi adından Hörmətli Arif Müəllimi – beynəlxalq məkanda tanınmış alimi, aviakosmik infrastrukturun təkmilləşdirilməsi yolunda öz töhfələrini əsirgəməyən təşkilatçını, milli təhsil sistemimizin inkişafında xüsusi xidmətləri olan pedaqoqu, elmi cihazqayırmanın əhatə dairəsinin genişlənməsində gənc tədqiqatçıları texnoloji innovasiyaların mükəmməlləşməsinə səsləyən ziyalını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, dünya elminin inkişafında qazandığınız nailiyyətlərin daha da yüksəlməsi, yeni texnologiyaların ölkə iqtisadiyyatında möhtəşəm yer tutması, zirvələri fəth edən tədqiqatçı alimlər ordusunun yetişdirilməsi istiqamətində həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər, sağlam həyat, uzun ömür və möhkəm cansağlığı arzu edirik.