MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ DAMA YARIŞI KEÇİRİLMİŞDİR

655
0
Share:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Milli Aerokosmik Agentliyində yubiley tədbirlərinə start verilib.

Yubiley tədbirlərinin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov qeyd edib ki, ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub.

Ş.Məmmədov ümummili liderin idmana, idmançılara olan diqqət və qayğı göstərməsini və Heydər Əliyevin siyasi kursunun müasir dövrdə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin hər bir guşəsində idmanın inkişafı üçün geniş şərait yaradıldığını qeyd edib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün MAKA-da komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib. Tədbirlər Plana uyğun olaraq “Azərbaycanda kosmik texnologiya və Heydər Əliyev dühası” mövzusunda elmi konfransın, ”Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masanın, “STARTUP” layihələri üzrə gənc tədqiqatçıların müsabiqəsinin, Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı silsilə sənədli fillmlərin nümayişinin, ağacəkmə aksiyasının, MAKA-nın tabe təşklilatlarında idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Yubileylə əlaqədar idman yarışlarına start verilib. Dama, nərd, stolüstü tennis, voleybol, minifutbol, güllə atıcılığı, üzgüçülük, şahmat, kəndirdartma, qol güləşi, velosiped üzrə yarışlar keçirilməsi nəzərdə tutulur.

“Heydər Əliyev İli” ilə bağlı təbirlər çərçivəsində keçirilən dama yarışında Milli Aerokosmik Agentliyi aparatının, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutnun, Ekologiya İnstitunun və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun 46 əməkdaşı iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən kişilər arasında dama yarışında Ekologiya İnstitunun əməkdaşı Qabil Sərdarov 1-ci yeri, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun əməkdaşı Erlan Xidirov 2-ci yeri, Milli Aerokosmik Agentliyi aparatının əməkdaşı Zaur Mahmudov 3-cü yeri, qadınlar arasında dama yarışında Ekologiya İnstitunun əməkdaşı Afaq Şahlarova 1-ci yeri, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutnun əməkdaşı Natiqə İsgəndərova 2-ci yeri, Ekologiya İnstitunun əməkdaşı Nərmin Rzayeva isə 3-cü yer qazanıb. Qaliblərə Diplom və pul mükafatı verilib

Share: