02.02.2023-cü il tarixində 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə “Qobustan Dövlət Tarix- Bədii Qoruğu”na və palçıq vulkanına ekskursiya təşkil edilmişdir. Ekskursiyaya agentliyin qabaqcıl gəncləri və müharibə iştirakçıları cəlb edilmişdir. Ekskursiyanın əsas məqsədi gənclərin elmi və intellektual səviyyəsinin yüksəldilməsi, tarixi biliklərə dərindən yiyələnməsi, keçmişimizə hörmət hissinin aşılanması olmuşdur. Muzeyin bələdçisiləri gənclərə Azərbaycanın tarixi incilərindən biri olan Qobustan abidəsi haqqında ətraflı məlumat verib. Abidə ilə əyani tanışlıq gənclərr tərəfindən böyük maraqla qarşılanıb. Muzeylə və qoruqla tanış olmaqla gənclər bir daha əmin oldular ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.