03.02.2023-cü il tarixində Milli Aerokosmik Agentliyində Direktorlar Şurasının iclası keçirilmişdir. İclasda Müdafiə Sənayesi Nazirinin müşaviri Rövşən Əhmədov, nazirliyin müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri Məmmədsaleh Əliyev, maliyyə şöbəsinin müdiri Nadim Babyev, iqtisadiyyat şöbəsinin müdiri Elşən Atayev və MAKA-nın rəhbər şəxsləri iştirak edirdilər. Gündəlikdə MAKA-nın tabe təşkilatlarının elmi-təşkilati, istehsalat fəaliyyəti və maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına həsr olunmuş məsələlər müzakirə edildi.