Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı sərəncama əsasən fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilmişdir.
02.02.2023-cü il tarixdə Milli Aerokosmik Agentliyinin Akt zalında “Gənclər günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri MAKA-nın baş direktoru professor Natiq Cavadov açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş və Müdafiə Sənayesi Naziri cənab Mədət Quliyevin təbrik məktubunu gənclərə çatdırmışdır. Daha sonra cənab nazir Mədət Quliyevin Gənclər günü münasibətilə əməkdaşların işgüzarlığının daha da artırılması, elmi maraq dairələrinin stimullaşdırılması məqsədilə imzaladığı əmrə əsasən MAKA-nın tabe təşkilatlarının 2 əməkdaşı Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı, 1 əməkdaşı Müdafiə Sənaye Nazirliyinin “Qabaqcıl işçi” döş nişanı, 1 əməkdaşı Müdafiə Sənaye Nazirliyinin “ Fəxri Fərmanı”, 1 əməkdaşı isə pul mükafatı ilə təltif olunmuşdur. Həmçinin MAKA-nın tabe təşkilatlarından 21 nəfər isə daxili əmrə əsasən Fəxri Fərman ilə təltif olunmuşdur.