26.01.2023 il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) “Kosmik Relikt antineytrinoların tətbiqinə əsaslanan strateji müdafiə və hücum qurğusunun ilkin layihəsi” mövzusunda növbəti elmi-seminar keçirilmişdir. Elmi seminarın məruzəçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Vəli Hüseynov idi. Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyi Еlmi-Tədqiqаt İnstitutunun, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, MAKA-nın alim və mütəxəsisləri iştirak edirdilər. Professor Vəli Hüseynov çıxış edərək, apardığı elmi-tədqiqatları prezentasiya şəklində təqdim edərək, hər bir tədqiqat işi haqqında ətraflı məlumat verdi, ona ünvanlanan sualları cavablandırdı. Sonda bir sıra qarşılıqlı fikir mübadiləsi aparıldı.