MAKA-NIN EKOLOGİYA İNSTİTUTU İLƏ QƏRBİ KASPİ UNİVERSİTETİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR

Share:

     18 yanvar 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun  direktoru professor Bahram Əliyev və Qərbi Kaspi Universitetinin təsisçisi professor Hüseynqulu Bağırov arasında Xəzər Dənizinin ekoloji problemləri baxımından dənizinin çirklənmə dinamikası, su səviyyəsinin tərəddüdü dənizə antropogen faktorların təsirinin  aşkar edilməsi məqsədilə  geniş  tədqiqat işlərinin aparılması  müzakirə edilmişdir. Aparılan tədqiqat işlərinin  nəticələrinin  geniş müzakirə edilməsi üçün hər  iki təşkilatın birgə iştirakı ilə beynəlxalq səviyyədə  konfransın keçirilməsi qərara alımışdır. Bu baxımdan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə Qərbi Kaspi Universitetinin rəhbərliyi arasında memorandum imzalanmışdır.

Share: