27 dekabr 2022-ci il tarixində MAKA-nın əməkdaşları 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət etmişlər. Ziyarətin məqsədi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə xüsusi diqqət və qayğıya ehtiyac duyan uşaqları sevindirmək və onlarda bayram əhval-ruhiyyəsi yaratmaq olmuşdur. Uşaqlar üçün bayram süfrəsi təşkil olunmuş, şaxta baba, qar qız və şən kloun ilə bayram tədbiri keçirilmişdir, onlara müxtəlif oyunlar və hədiyyələr təqdim olunmuşdur.