MİLLİ AEROKOSMİK AGENTLİYİ APARATINDA HÜQUQİ MAARİFLƏNDİRMƏ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

292
0
Share:

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Günel Xasayeva, Milli Aerokosmik Agentliyinin struktur bölmələrinin rəhbərləri, həmçinin tabe təşkilatların direktorları və digər məsul əməkdaşlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, son dövrlərdə Milli Aerokosmik Agentliyin aparatında və tabe təşkilatlarda əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, həmçinin iş prosesində əmək qanunvericiliyinin və aidiyyəti normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, eləcə də əmr, yazılı göstərişlərin müəyyən edilmiş qaydalara uyğun tərtib olunması istiqamətində hüquqi maarifləndirmə işinin səmərəli qurulması məqsədilə sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Milli Aerokosmik Agentliyin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev İntizam tənbehinin növləri və intizam tənbehinin verilməsinin rəsmiləşdirilməsi qaydaları” və Milli Aerokosmik Agentliyi üzrə ərazilərə (inzibati binalara) buraxılış və obyektdaxili rejim qaydaları” haqqında ətraflı məlumat verdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında Milli Aerokosmik Agentliyi üzrə ərazilərə (inzibati binalara) buraxılış və obyektdaxili rejim qaydaları”nın tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi və bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi. 

Share: