MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

272
0
Share:

16.12.2022-ci il tarixində Milli Aerokosmik Agentliyində Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir təşkil olunmuşdur. İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra, MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarını salamlayaraq, kollektivi peşə bayramı münasibətilə təbrik etdi. Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Sənayesi Naziri, Cənab Mədət Quliyevin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və tabeli qurumların əməkdaşlarına ünvanladığı təbrik məktubu tədbirdə oxundu. 

Belə ki, “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Müdafiə Sənayesi Nazirliyinin “Yubiley” medalı ilə – 7 nəfər; Müdafiə Sənayesi Nazirliyinin “Fəxri Fərmanı” ilə – 1 nəfər;  “Pul mükafatı” ilə – 2 nəfər; Azərbaycan Respublikasının “Əmək veteranı” – 10 nəfər; Milli Aerokosmik Agentliyinin “Fəxri Fərmanı” ilə – 24 nəfər; “Zenit” idman cəmiyyətinin XXII Respublika Spartakiadası qaliblərinə Diplomların verilməsi – güllə atıcılığında I yer – 1 nəfər, üzgüçülük komanda yarışında I yer tutan – 3 nəfər, şahmat yarışında II yer tutan – 2 nəfər, dama yarışında III yer tutan – 1 nəfər, stolüstü tennis yarışında III yer tutan – 1 nəfər, mini futbol yarışında III yer tutan – 3 nəfər, üzgüçülük yarışında III yer tutan – 1 nəfər; MAKA-nın əməkdaşları mükafatlandırıldı.

Sonda baş direktor, professor Natiq Cavadov MAKA-nın əməkdaşlarının peşə bayramını bir daha təbrik edərək, gələcək işlərində uğurlar arzuladı və kollektivin böyük əzmi ilə qarşıda duran vəzifələrin həyata keçirilməsi və yeni-yeni uğurların qazanması üçün var qüvvələri ilə çalışacaqlarını qeyd etdi.

Share: