28.11.2022-ci il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) təşkil olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti” adlı treninqdə agentliyin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) kollektivi və digər məsul əməkdaşları iştirak etdi.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülkü-hüquqi, inzibatı və ya cinayətə cəlb olması” haqqında ətraflı məlumatı ETAİİ-nun kadrlar şöbəsinin rəisi Vüsalə Abdullayeva iclas iştirakçılarının nəzərinə çatdırdı.
Mövzu ətrafında geniş müzakirələr aparılaraq, belə treninqlərin davamlı olaraq keçirilməsi cəmiyyətimizin inkişafı üçün vacib amillərdən biri olduğu iclasda qeyd edildi.