MİLLİ AEROKOSMİK AGENTLİYİNİN ELMİ-TƏDQİQAT AEROKOSMİK İNFORMATİKA İNSTİTUTU HƏMKARLAR KOMİTƏSİNİN SEÇKİ İCLASI KEÇİRİLMİŞDİR

1222
0
Share:

28 noyabr 2022-ci il tarixində Milli Aerokosmik Agentliyinin akt zalında Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu Həmkarlar Komitəsinin (ETAİİ HK) seçki iclası keçirilmişdir. 

Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov çıxış edərək seçki iclasının işini açıq elan etdi və rəhbərlik etdiyi təşkilat tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında məlumat verdi.

Sonra ETAİİ HK-in üzvlüyünə namizədlər təklif edildi. Açıq səsvermə ilə Həmkarlar Komitəsinə üzvlər seçildi. İclas iştirakçıları tərəfindən ETAİİ HK-in sədrliyinə Aliyyə Əli qızı Cəbrayılovanın namizədliyi irəli sürüldü, onun namizədliyi iclas iştirakçılarının səs çoxluğu ilə qəbul edildi. 

ETAİİ-nun direktoru, professor Elçin İsgəndərzadə və Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov yeni seçilmiş sədr və komitə üzvlərinə uğurlar arzuladılar. 

ETAİİ Həmkarlar Komitəsinin yeni seçilmiş sədri Aliyyə Cəbrayılova ona səs vermiş iclas nümayəndələrinə minnətdarlıq etdi və ona göstərilən etimadı doğruldacağına söz verdi.  

Share: