Bu gün Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun ad günüdür.
25 noyabr 2022-ci il tarixində Milli Aerokosmik Agentliyinin əməkdaşı, ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Nurlan Zeynalovun ad günü şəhidin işlədiyi müəssisədəki Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidəsi önündə Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov, şəhid Nurlan Zeynalovun ailə üzvləri, müharibə qaziləri, iştirakçıları və Agentliyin kollektivi ilə birlikdə qeyd olundu.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzüldü. MAKA-nın baş direktoru, professor Natiq Cavadov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi şücaətdən söz açdı. Rəşadətli ordumuzun, igid oğullarımızın qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşmən işğalçılardan azad etdiyini qeyd edərək 33 yaşı tamam olan şəhid Nurlan Zeynalovun keçdiyi qısa və mənalı həyat yolundan danışan baş direktor, eyni zamanda vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdi.
Natiq Cavadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll olunmasını qeyd edərək, Müdafiə Sənayesi Nazirliyində də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunmasını bildirdi.
Şəhidin atası Rəfail Zeynalov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Sənayesi Nazirliyi və Milli Aerokosmik Agentliyi rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.
Previous
Next