20.11.2022-ci il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru professor Natiq Cavadov və kollektivi 1991-ci ilin 20 noyabrında ermənilər tərəfindən törədilmiş terror hadisəsində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 helikopterinin vurulması nəticəsində şəhid olmuş, MAKA-nın yaradıcısı, görkəmli alim, dövlət xadimi Tofiq İsmayılovun məzarını ziyarət etmişdilər.
Ziyarət iştirakçıları mərhumun məzarı üzərinə əklil və gül dəstələri qoyduqdan sonra, MAKA-nın baş direktoru professor Natiq Cavadov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, onun Azərbaycanı bütün qəlbi ilə sevdiyini, öz ana yurduna bağlılığını və kosmik sənaye üçün əvəzolunmaz bir şəxsiyyət olduğunu vurğuladı. Daha sonra, akademik Tofiq İsmayılovun məzarı ətrafında xatirə şəkli çəkildi.