MIllI Aerokosmİk Agentlİyİndə elmİ-texnİkİ şuranın İclası keçİrİlmİşdİr

276
0
Share:

Milli Aerokosmik Agentliyində 5 noyabr 2022-ci il tarixində elmi-texniki şuranın iclası keçirilmişdir. İclasda MAKA-nın baş direktoru, professor Natiq Cavadov və cari ildə doktorantura səviyyəsinə qəbul olunmuş doktorantlar, elmi-texniki şuranın üzvləri iştirak edirdilər. İlk öncə baş direktor, professor Natiq Cavadov iclas iştirakçılarını salamladı. Sonra isə  MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva qəbul planı haqqında məlumat verdi və hər bir doktorant haqqında məlumatı elmi-texniki şura üzvlərinin nəzərinə çatdırdı. Professor Natiq Cavadov doktoranturaya daxil olmuş 13 nəfərin dissertasiya işlərinin mövzularını və elmi rəhbərləri (məsləhətçilər) məsələsini müzakirəyə qoydu və təqdim edilən mövzular elmi şura üzvləri tərəfindən təsdiqləndi. Qeyd edək ki, bu il MAKA üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 11 nəfər, elmlər doktoru proqramı üzrə 2 nəfər qəbul olunmuşdur.

Daha sonra elmi-texniki fəaliyyətin təkminləşdirilməsi barəsində məsələlərə baxıldı. Baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov çıxış edərək qarşıda duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anandan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə MAKA-da müvafiq tədbirin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq İsmayılovun anadan olmasının 90 illik yubleyi ilə əlaqədar gənc alimlərin seminarının keçilirilməsi 2023-cü ildə qarşıda duran əsas məsələlərdir. 

Sonra isə MAKA regional bölmələrə nəzarət üzrə baş mütəxəssis İsbəndiyar Əliyev çıxış edərək bəzi təkliflər irəli sürdü.

Təkliflərlə bağlı elmi şuranın üzvləri tərəfindən müzakirələr aparıldı və sonda MAKA-nın baş direktoru professor Natiq Cavadov tərəfindən təkliflər səsə qoyuldu və yekdilliklə qəbul olundu. 

Share: