01.11.2022-ci il tarixində Milli Aviasiya Akademiyasında Azərbaycan Müstəqilliyi Gününə həsr olunmuş “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin XXII Respublika Spartakiadasının üzgüçülük üzrə yarışı keçirilmişdir. Yarışda Müdafiə Sənayesi Nazirliyinin komandası birinci yerə layiq görülmüşdür. Müdafiə Sənayesi Nazirliyinin üzgüçülük komandasının üzvləri Milli Aerokosmik Agentliyinin əməkdaşları Şixalı Şixəliyevi, Ülvi Camalovu, İlham Cəfərovu və qadınların fərdi yarışında 3-cü yeri tutmuş Aysel Əzizovanı təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin komandaları spartakiadanın dama, şahmat və güllə atıcılığı yarışlarında da mübarizə aparacaqlar.