28.10.2022-ci il tarixdə Landmark oteldə “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” Tvinninq layihəsinin açılış tədbiri keçirilmişdir. Tədbirdə Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Murad Musayev və “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi” şöbəsinin rəisi Fərqanə Kazımova iştirak etmişdir.
Tvinninq layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (MHX) və Aİ-yə üzv dövlətlərin tərəfdaş qurumları olan Finlandiya, Litva və Fransanın birgə əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi Azərbaycanın, onun əhalisinin və iqtisadi sahələrinin iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılmasından və Milli Hidrometeorologiya Xidmətinin (MHX) xidmətgöstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsindən ibarətdir.