MAKA İLƏ TÜRKİYƏ ŞİRKƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ DAVAM EDİR

137
0
Share:

12-14 oktyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş  “5-ci Müdafiə  və Hava Sənayesi üzrə əməkdaşlıq günləri” forumunda Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları ilə birlikdə Milli Aerokosmik Agentliyinin Elmi-texniki əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsinin rəisi Sənan Ağazadə iştirak etmişlər. Sərgi zamanı Türkiyənin  “ASELSAN” və TÜRK HAVACILIK UZAY SANAYİİ”  Savunma Senayii şirkətlərinin əməkdaşları ilə görüş keçirilmiş və fikir mübadiləsi aparılmışdır. Eləcə də Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları ilə birlikdə “HAVELSAN” şirkətinə səfər edilmişdir. Səfər zamanı şirkətin istehsal müəssisələri ilə tanışlıq təşkil olunmuş və fəaliyyət istiqamətləri haqqında elektron təqdimat olunmuşdur. 

“Türkiyə Uzay Ajansı”nın Elm və Kosmik Departamentinin müdiri prof. İbrahim Küçük, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ayhan İncirçi Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO)  prof.Ferhat Fikri Özerenlə görüş keçirilmişdir. Görüş zamanı təklif olundu ki, gələcəkdə Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə,  kosmik fəzanın öyrənilməsi və kosmosdan yerin təbii ehtiyatlarının tətqiqi milli aerokosmik proqramların işlənilməsi, məsafədən müşahidənin texniki vasitələrinin və məlumat-ölçü komplekslərinin işlənilməsi mövzuları üzrə treninq və konfranslar keçirilsin. 



  

Share: