GÖRKƏMLİ ALİM İLƏ GÖRÜŞ

215
0
Share:

20.10.2022-ci il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində MAKA-nın baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadovun təşəbbüsü ilə görkəmli alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Lütfizadə irsi və süni intellekt Assosiasiyasının” prezidenti Rafiq Əziz oğlu Əliyev ilə görüş keçirilmişdir.

Görüş zamanı baş direktor Natiq Cavadov süni intellekt və qeyri-səlis məntiq sahəsində görkəmli alimimiz Rafiq Əliyevi və tədbir iştirakçılarını salamlayaraq bu görüşün MAKA kollektivi üçün maraqlı və çox önəmli olduğunu qeyd etdi. Professor Natiq Cavadov çıxış zamanı hər birimizin fəxri olan Rafiq müəllimin həyat və yaradıcılıq fəaliyyətindən söz açdı. Daha sonra, görkəmli alim Rafiq Əliyev dəvəti məmmuniyyətlə qəbul etdiyini və MAKA-nın çoxsaylı kollektivi qarşısında çıxış etməyin onun üçün sevindirici bir hal olduğunu qeyd etdi. Professor Rafiq Əliyev tədbir iştirakçılarına süni intellekt və qeyri-səlis məntiq sahəsi haqqında ətraflı məlumat verərək, sualları cavablandırdı. Sonda, baş direktor Natiq Cavadov dəvəti qəbul edib MAKA əməkdaşları ilə görüşə gəldiyinə görə bir daha böyük alim Rafiq Əliyevə öz səmimi təşəkkürünü bildirdi və bu görüşlərin mütəmadi olacağına əminliyini ifadə etdi.

Share: