Milli Aerokosmik Agentliyinin tabe təşkilatların rəhbərlərinə ünvanlamış 20.04.2022-ci il tarixli, 08-1/221 nömrəli “Treninqlərin təşkili barədə” məktubunun icrasını təmin etmək məqsədilə 26.09.2022-ci il tarixində MAKA-nın akt zalında Ekologiya İnstitutunun hüquqşünası Altun Musayev tərəfindən “Əmək müqaviləsinin bağlanması qaydaları” mövzusunda monitorinq keçirildi. Monitorinqin keçirilməsində məqsəd işçiləri hüquqi cəhətdən maarifləndirmək idi.
Hüquqşünas əmək müqaviləsinin bağlanması qaydaları, əmək müqaviləsi və müqavilədə yer alan şərtlər barədə məlumatları ətraflı olaraq iştirakçıların diqqətinə çatdırdı.
Sonda əmək müqaviləsinin bağlanması ilə əlaqədar suallar hüquqşünas tərəfindən cavablandırıldı.
Monitorinq Milli Aerokosmik Agentliyinin Həmkarlar İttifaqının sədri Şirin Məmmədov və Ekologiya İnstitutunun Texniki işləmələr üzrə direktor müavini Nadir Piriyevin iştirakı ilə keçirildi.