Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov tərəfindən imzalanmış “Doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında” 26 avqust 2022-ci il tarixli, 23 nömrəli əmrə uyğun olaraq 16.09.2022-ci il tarixdə fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirildi. Keçirilən imtahan komissiyanın sədri, baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov, üzvlər isə, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Fəxrəddin Ağayev, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun direktoru, texnika üzrə fəlsəfə doktoru Namiq Muradov, MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Səidə Əliyevadır. Qeyd edək ki, MAKA üzrə doktoranturaya qəbul imtahanlarında 11 nəfər iştirak edir.