44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ QAZİ VƏ VETERAN ƏMƏKDAŞLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR

104
0
Share:

Milli Aerokosmik Agentliyinin rəhbər işçiləri və institut direktorlarının da iştirak etdiyi görüşdə baş direktor Natiq Cavadov ilk öncə qaziləri, müharibə veteranlarını və görüş iştirakçılarını salamladı. Professor Natiq Cavadov qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə, müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətindədir. Bu gün şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daim diqqətdə saxlanılmasının bariz göstəricisidir. 

Görüşdə Natiq Cavadov qazi və müharibə veteranlarının hər birinin ailə vəziyyəti və onların problemlərinin olub-olmaması barədə bir daha maraqlandı. Daha sonra MAKA-nın rəhbər işçilərinə və institutların direktorlarına qazi və müharibə veteranlarını daim diqqətdə saxlamalarını, onların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində bütün imkanlardan istifadə etmələrini tapşırdı.

Sonda qazi və müharibə veteranları onlara göstərilən yüksək diqqət və qayğıya görə MAKA-nın baş direktoru professor Natiq Cavadova öz minnətdarlıqlarını bildirdilər.

Share: