Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Aerokosmik Agentliyinin stendi ilə tanış olmuşdur

942
0
Share:

Bakı Expo Mərkəzində keçirilən “ADEX-2022” sərgisində Ordumuzun Qələbəsində mühüm rol oynayan hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar, yüngül və ağır hərbi texniklar-döyüş kəşfiyyat texnikası, zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif stendlərə yaxınlaşaraq hərbi avadanlıqlarla tanış olmuşdur. Həmçinin ölkə başçısı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin hazırladığı pilotsuz uçuş aparatlarının yerləşdiyi stendə yaxınlaşmış və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun Texniki işləmələr üzrə direktor müavini Polad Mahmudov tərəfindən texnikalar haqqında  ona ətraflı məlumatlar verilmişdir.  

Share: