09-10 iyul tarixində Şuşa şəhərində keçirilən Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışında müşahıdəçi qisminsə iştirak etmiş Milli Aerokosmik Agentliyinin Baş direktoru professor Natiq Cavadov və əməkdaşlarının vətənpərvər azarkeşliyi böyük coşğu ilə hiss edilmişdir.
10-dək ölkənin velosipedçilərinin mübarizə apardığı bu turnir iki mərhələdən ibarət idi. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutdu. Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə apardılar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam etmişdir. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınadılar.
Şuşada keçirilən bu yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa ili” çərçivəsində təşkil olunmuşdur. Həmçinin keçirilən yarışdan əlavə Milli Aerokosmik Agentliyinin Baş direktoru və əməkdaşları şair M.P.Vaqifin ev müzeyinə, Şüşa qalasına, xanəndə Bülbülün ev muzeyinə, Cıdır düzünə və İsa bulağına gəzintisi təşkil edilmişdir.