26 may 2021-cil tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Boçarnikov Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüş keçirmişdir.
Görüşdə kosmik tədqiqatlar sahəsində tərəflər arasında mümkün əməkdaşlığın yaradılmasına dair müzakirələr aparılmışdır.
Agentliyin baş direktoru professor Natiq Cavadov kosmik tədqiqatlar sferasında Rusiya Federasiyasının müvafiq taşkilatları arasındakı ənənəvi əlaqələrdən söz açmış, kadr hazırlığı sahəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır.
Cənab səfir kosmik araşdırmalar sahəsində Agentlik ilə yeni formatda əlaqələrin yaradılmasını müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.