20 oktyabr 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində “Radiotexnika” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyinə həsr olunmuş “Radiotexnikanın müasir problemləri” mövzusunda Respublika elmi-texniki konfransı start götürmüşdür.
Konfransın məqsədi radiotexnikanın müasir problemlərini müzakirə etmək, perspektiv layihələri müəyyənləşdirmək və respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarət olmuşdur.
Konfransın praktiki əhəmiyyəti radiotexnika və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflərin ümumiləşdirilərək istehsalata tövsiyə edilməsindən, alimlərin birlikdə fəaliyyətinin koordinasiya edilməsindən, gələcəkdə təcrübə mübadiləsi məqsədilə yeni elmi əlaqələrin qurulmasından ibarətdir.
Konfransın plenar iclasında Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov öz təbriklərini bildirmiş və uğurlar arzu etmişdir.
Konfransın “Aerokosmik Sənayedə Mütərəqqi Texnologiyalar və Məsafədən Zondlama Metodları” bölməsinə MAKA-nın 1-ci müavini professor Tofiq Süleymanov sədrlik edirdi.