MÜDAFİƏ SƏNAYESİ NAZİRİ MƏDƏT QULIYEV AZƏRBAYCAN VELOSIPED İDMANI FEDERASİYASININ PREZİDENTİ SEÇİLİB

900
0
Share:
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) növbəti hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Hesabat-seçki yığıncağında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti barədə 1-ci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində müdafiə sənayesi naziri Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Share: