MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ “XOCALI SOYQIRIMI” ANILDI

820
0
Share:
Milli Aerokosmik Agentliyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirin açılışı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimini giriş sözü ilə açan MAKA-nın baş direktoru Natiq Cavadov bildirib ki, Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Misilsiz qəddarlıq nümunəsi olan Xocalı soyqırımı ilə xalqımızın mübarizə əzmini sındırmaq istədilər. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi,sərkərdəliyi,ordumuzun gücü sayəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisası alındı, onların qanı yerdə qalmadı.
Natiq Cavadov çıxışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsindən danışıb. Bildirib ki, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Qarabağla bağlı həqiqətlərin, xüsusilə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası müstəsna rola malikdir.
Sonra “Xocalı Soyqırımı”na həsr olunmuş sənədli filmə baxıldı.
Share: