MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİ YAD EDİLDİ

719
0
Share:
MAKA-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Anım mərasimini giriş sözü ilə açan MAKA-nın baş direktoru professor Natiq Cavadov bildirib ki,  1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisə hər il ölkəmizdə Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir və 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Şəhidlər Xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisdə 20 Yanvar faciəsinə dolğun hüquqi-siyasi qiymət verildi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Zəfərlə bütün şəhidlərimizin qisası alındı.
Share: