MILLI AEROKOSMIK AGENTLIYIN ƏMƏKDAŞLARI “BAKI MARAFONU-2022” YARIŞINDA IŞTIRAK ETDILƏR

55
0
Share:
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonuna start verilib. 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanındadır. Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilir. “Bakı Marafonu – 2022” tədbirində Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin əməkdaşları da iştirak etdilər: 1) Mirzəyeva Həcər Niyazi qızı 2) Qədirova Samirə Vaqif qızı 3) Bəhramov Ramin Saday oğlu 4) Əsgərov Niyaməddin Mustafa oğlu 5) Əhmədov Fərid Asəm oğlu   “Bakı Marafonu – 2022”nin mükafatlandırması iki kateqoriyada oldu. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə apardılar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olundular.
Share: