26-29 may 2022-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq keçirilmiş “Teknofest-2022” Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Məxsusi Konstruktor bürosunun əməkdaşı SatELIT komandasının kapitanı Sahibcanov Əliağa Həvəskar peyk modelləşdirilməsi müsabiqəsində iştirak etmişdir. Onun komandası 23 May tarixində Hacıqabul Aerodromunda uçuş mərhələsini uğurla başa vurmuş və 7 finalist komandadan biri olmuşdur
Hər il Azərbaycanda Cansat müsabiqəsi keçirilir. Bu il isə qeyd edilən tədbir Teknofest-2022 müsabiqəsi daxilində keçirilmişdir. Qeyd etmək lazımdır ki, əvvəlki tədqiqatlardan fərqli olaraq bu ilki uçuş missiyasında alınan telemetriya məlumatlarının yerüstü stansiyaya ötürülməsi üçün SIM moduldan istifadə olunmuşdur. Yəni məlumatlar “Cloud Services”-ə ötürülür.
Yekun olaraq, Əliağa Sahibcanovun komandası B kateqoriyası (universitetlər) üzrə Həvəskar Peyk Modelləşdirilməsi (CanSat) müsabiqəsində 2-ci yerə layiq görülmüşdür. Bu münasibətlə, MAKA-nın baş direktoru professor Natiq Cavadov Əliağa Sahibcanovun təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamış və MAKA-da çalışan gənclərə öz bilik və bacarığını əsirgəməməyini bildirmişdir.